Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti: ARDNŞ «Başkent Doğalgaz»ın özəlləşdirilməsi ilə bağlı tenderdə iştirak etməyib

Azərbaycan Dövlət Neft Şirkəti: ARDNŞ «Başkent Doğalgaz»ın özəlləşdirilməsi ilə bağlı tenderdə iştirak etməyib
# 29 yanvar 2013 09:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Rusiyanın «Neft Rossii» portalı tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyənin «Başkent Doğalgaz» qazpaylayıcı şəbəkəsinin özəlləşdirilməsi ilə bağlı keçirilən beynəlxalq tenderdə uduzması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin başçısı Nizaməddin Quliyevin «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ sözügedən tenderdə ümumiyyətlə iştirak etməyib: «Rusiya portalının yaydığı xəbər yanlışdır. Çünki Dövlət Neft Şirkəti ümumiyyətlə belə bir tenderə qatılmayıb».

 

Portalın yaydığı məlumata bildirilir ki, «Başkent Doğalgaz» şəbəkəsi üçün ən yüksək qiymət təklifini (1,162 mlrd. ABŞ dolları) Türkiyənin «Torunlar Gida Sanayi» şirkəti verib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR