Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti gələn ildən neft hasilatını artırmağa başlayır

Azərbaycan Dövlət Neft Şirkəti gələn ildən neft hasilatını artırmağa başlayır
# 30 dekabr 2012 12:20 (UTC +04:00)

 

 «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib: «Hasilatın səviyyəsini sabit saxlamağa çalışdığımız son illərdən fərqli olaraq 2013-cü ildə əsas hədəfimiz neft hasilatını artırmaqdır».

 

R.Abdullayev qeyd edib ki, «Əsrin Müqaviləsi» çərçivəsində neft hasilatının sabitləşdirilməsi və gələcəkdə artırılması ilə bağlı layihənin operatoru olan BP şirkəti ilə danışıqlar davam edir.

 

Əsas artım isə ARDNŞ-in hasil etdiyi neftin həcmi üzrə planlaşdırılır. Şirkət prezidentinin sözlərinə görə, artıq bununla bağlı şirkətin hasilat və planlaşdırma qurumlarına müvafiq tapşırıqlar verilib, hasilatın artırılması üçün hazırlıqlara başlanıb: «Müasir texnologiyalardan istifadə etməklə köhnə yataqlardan neft hasilatının artırılmasına nail olmaq fikrindəyik».

 

R.Abdullayev hasilatın həcmi ilə bağlı dəqiq proqnozları açıqlamasa da bildirib ki, gələn il ARDNŞ-in neft hasilatının həcmi 2012-ci ildən yüksək olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR