Bakı. Əli Əhmədov – APA-Economics. Türkiyənin strateji sərmayələrin təşviq edilməsinə dair ikinci vəsiqəsi də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) aktivi olan «Petkim»ə verilib. «APA-Economics»in ARDNŞ-ə istinadən yaydığı məlumata görə, Türkiyə Böyük Millət Məclisində qəbul edilmiş «Təşviq qanunu» çərçivəsində bu ölkəyə sərmayə yatıran ən iri şirkətlərə strateji investisiyaların təşviq edilməsinə dair vəsiqələrin verilməsi davam edir.
İlk vəsiqə 2012-ci il dekabrın 5-də «Star» neft emalı zavoduna yatırılan sərmayələr üçün «SOCAR Energy Turkey» şirkətinə verilib, İstanbulun «Çırağan» otelində keçirilən mərasimdə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan vəsiqəni ARDNŞ prezidenti Rövnəq Abdullayevə təqdim edib.
«Sevindirici haldır ki, strateji sərmayələrin təşviq edilməsinə dair Türkiyə Cümhuriyyətinin ikinci vəsiqəsi ARDNŞ-in qardaş ölkədəki aktivi olan «Petkim» Holdinqi»nə verilib», - deyə ARDNŞ-in məlumatında bildirilir. «Petkim»in icraçı direktoru Sadəddin Qorqud bu münasibətlə kollektivi təbrik edərək bildirib ki, strateji sərmayələrin təşviq edilməsi vəsiqəsi «Petrokimya Məhsulları Potensialı Artımı və Yeni Məhsul İstehsalı» layihəsi çərçivəsində etilen və təmiz turşu (PTA) zavodları üçün nəzərdə tutulan sərmayələrin reallaşdırılmasını asanlaşdıracaq. Sərmayələrin yatırılması başa çatdıqdan sonra etilen zavodunun illik potensialı 13% artacaq,