Bank Of Baku

Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Azərbaycan elektrik enerjisi istehsalını artırıb
# 07 avqust 2013 13:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

 

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çoxdur. Cari ilin iyun ayının göstəriciləri ilə müqayisədə isə bu rəqəm 20% artıb.

 

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

 

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 12,6 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 10,5% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR