Bank Of Baku

Azərbaycan enerji daşıyıcılarının ixracını azaldıb

Azərbaycan enerji daşıyıcılarının ixracını azaldıb
# 22 yanvar 2013 10:00 (UTC +04:00)

 «APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) 2012-ci ilin yekunlarına dair dərc etdiyi hesabatda bildirilir.

 

DGK-nin məlumatına əsasən, hesabat ilində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 27 999 519,3 ton, Bakı-Supsa boru kəməri ilə 3 923 654 ton, Şimal boru kəməri (Bakı-Novrossiysk) ilə 1 997 271 ton, dəmir yolu nəqliyyatı ilə isə 1 015 498,9 ton neft ixrac olunub. Əvvəlki illə müqayisədə BTC ilə neftin ixracı 8,7% azalıb, Supsa istiqamətində - 3%, Şimal boru kəməri ilə 0,04%, dəmir yolu ilə isə 3,3% artıb.

 

Bundan başqa, 2012-ci ildə Azərbaycandan dəyəri 1 321 209,78 min ABŞ dolları təşkil edən 1 614 136,6 ton neft məhsulları ixrac olunub ki, 2011-ci ilə nisbətən neft məhsullarının dəyəri 13,5%, həcmi isə 17,3% azalıb.

 

Eyni zamanda, hesabat ilində Azərbaycan 6 990 509,1 min kubmetr qaz ixrac edib. Bu da 2011-ci illə müqayisədə 1,4% azdır.

 

Ötən il ölkədən 341,059 mln. kVt/saat elektrik enerjisi ixrac olunub ki, 2011-ci illə müqayisədə bu göstərici 18,2% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR