Bank Of Baku

Azərbaycan hökuməti gömrük sərhədindən boru kəməri ilə keçirilən mallar üzərində nəzarət qaydalarını təsdiq edib

Azərbaycan hökuməti gömrük sərhədindən boru kəməri ilə keçirilən mallar üzərində nəzarət qaydalarını təsdiq edib
# 08 yanvar 2013 13:24 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti «Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları»nı təsdiq edib. APA-nın Nazirlər Kabinetinin veb-saytına istinadən xəbərinə görə, gömrük ərazisindən boru kəməri vasitəsi ilə aparılan və bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurasının tələblərinə uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir. Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar seçilmiş gömrük prosedurası altında yerləşdirilərkən, onların gömrük orqanlarına faktiki təqdim edilməsi tələb olunmur. Boru kəməri vasitəsi ilə aparılan mallar seçilmiş gömrük prosedurası altında yerləşdirilənədək, müvəqqəti saxlanc xüsusi gömrük prosedurası altında yerləşdirilməməsi şərti ilə, qəbul məntəqələrində saxlanıla bilər. Həmin mallardan istifadə və özgəninkiləşdirmək də daxil olmaqla, onlar barəsində sərəncam verilə bilməz.

 

Nəqletmənin texnoloji cəhətlərindən, malların isə xassələrindən və xüsusiyyətlərindən asılı olaraq, gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların qarışdırılmasına, miqdarının və kəmiyyətinin dəyişdirilməsinə icazə normativ hüquqi aktların tələblərinə əməl edilməsi şərti ilə verilir. Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi bəyannaməsinin gömrük orqanına gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə təqdim etdiyi vaxtdan başlanır.

 

Bəyannaməsi gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda və gömrük bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda natamam bəyannamə təqdim edir. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilir. Çatışmayan məlumatlar bəyannaməsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təqdim edilir.

 

Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallara eyniləşdirilmə vasitələri tətbiq olunmur. Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri müvafiq sənədlərdə olan məlumatlar və ölçü cihazlarının göstəriciləri üzrə aparılan uçot məlumatları əsasında gömrük orqanları tərəfindən müəyyənləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR