Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını azaldıb

Azərbaycan neft məhsullarının istehsalını azaldıb
# 28 dekabr 2012 11:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 820,4 mln. manatlıq neft məhsulları istehsal olunub. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-noyabr aylarına nisbətən ölkədə istehsal olunmuş neft məhsullarının həcmi 3,9% azalıb.

 

Hesabat dövründə avtomobil benzinin istehsalı 0,6% artaraq 1 181,4 min tona, ağ neftin istehsalı 2,4% artaraq 579 min tona, neft bitumunun istehsalı isə 11,6% artaraq 269 min tona çatıb.

 

Bununla yanaşı, dizel yanacağının istehsalı 4,4%  azalaraq 2 169,9 min ton, sürtgü yağlarının istehsalı 29,5% azalaraq 60,1 min ton, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı isə 30,2% azalaraq 136,1 min ton olub.

 

Qeyd edək ki, neft emalı müəssisələrinin anbarlarında 42,9 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,6%-i qədər hazır məhsul qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR