Bank Of Baku

Azərbaycan parlamenti xüsusi iqtisadi zonaların fəaliyyətinə dair qanunlar paketini təsdiqləyib - YENİLƏNİB

Azərbaycan parlamenti xüsusi iqtisadi zonaların fəaliyyətinə dair qanunlar paketini təsdiqləyib - <span style="color: red;">YENİLƏNİB
# 28 dekabr 2012 09:45 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında ilk olaraq Gömrük Məcəlləsinə uyğun olaraq xüsusi iqtisadi zonaların fəaliyyəti ilə bağlı qanun layihələri paketinin müzakirəsinə başlayıb. «APA-Economics»in məlumatına görə, bura Vergi Məcəlləsinə dəyişikliklər, «Xüsusi iqtisadi zonalar haqqında», «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə», «Sərhəd qoşunları haqqında», «Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında» qanunlara dəyişiklik edilməsi ilə bağlı qanun layihələri daxildir.

 

Vergi Məcəlləsinə dəyişikliklər məcəllənin 188-ci maddəsinin ölkəyə gətirilən malların vergilərdən azad olmasına aid hissəsinin yeni variantda verilməsini nəzərdə tutur. Dəyişikliklərin mahiyyəti Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulan hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalının təkmilləşdirilməsindən ibarətdir. Yəni, indiyədək təkrar ixrac üçün ölkəyə gətirilən mallar aksiz vergisindən azad edilmirdisə, indi belə mallar aksiz vergisindən azad ediləcək. 

 

«Xüsusi iqtisadi zonalar haqqında» qanuna dəyişikliklər isə qanunun 17-ci maddəsinin təkmilləşdirilməsini nəzərdə tutur.

 

Dəyişikliklər haqqında qısa məlumatlardan sonra millət vəkilləri müzakirə aparmadan bu zərfə daxil olan qanun layihələrini təsdiq ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR