“APA-Economics”in məlumatına görə, görüşdə Azərbaycan ilə BP arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olunub, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
Görüşdə Azərbaycanla BP arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.