Bank Of Baku

Azərbaycan qeyri-neft sənayesində istehsalı 3% artırıb

Azərbaycan qeyri-neft sənayesində istehsalı 3% artırıb
# 19 iyul 2013 09:10 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın sənaye sahələrində bu ilin yanvar-iyun ayları ərzində 16,9 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Nəticədə, sənayenin qeyri-neft sahələrində 2,9%-lik artım, neft sektorunda isə 0,3%-lik azalma müşahidə olunub.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın 3/4 hissəsi mədənçıxarma, 19,9%-i emal, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

 

Hesabat dövründə Azərbaycanda 21,8 mln. ton neft, 8,9 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatları, ayaqqabılar, kağız və karton, poliqrafiya, kimya, tikinti materialları, metallurgiya, kompyuter və elektron avadanlıqlar, avtomobil və qoşqular, sair nəqliyyat vasitələri, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR