Bununla yanaşı, 2012-ci ilin ilk 11 ayında ölkədə 551,2 kq gümüş istehsal olunub. Ötən ilin yanvar-noyabr aylarına nisbətən gümüş istehsalı 50,9% azalıb. Ölkədə gümüşün hazır məhsul ehtiyatının həcmi 33,7 kq təşkil edib, bu isə əvvəlki ilə nisbətən 8,7 kq və ya 34,8% çoxdur.
Göründüyü kimi, hesabat dövründə Azərbaycanda qiymətli metal filizləri və kondensatların istehsal həcmi 1 966,8 kq təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr aylarına nisbətən 28,7% azdır.