Bakı – APA-Economics. Azərbaycan Rusiyaya qaz nəqlini bərpa edib.
“APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, qaz nəqli yanvarın 18-də Mozdok-Qazıməmməd qaz kəmərində baş verən qaz sızması ilə əlaqədar dayandırılıb.
Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti 2010-cu ildən etibarən Azərbaycandan qaz nəql edir. Ötən il Azərbaycan Rusiyaya 1,6 mlrd. kubmetr qaz satıb.