Bank Of Baku

Azərbaycan Supsa və Ceyhan limanlarından xam neft ixracını azaldıb

Azərbaycan Supsa və Ceyhan limanlarından xam neft ixracını azaldıb
# 02 oktyabr 2013 10:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2013-cü ilin sentyabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 162 821 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 242 215 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 415 309 ton xam neft ixrac edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Şirkətin məlumatında deyilir.

 

İllik müqayisədə Novorossiysk limanından neftin ixracı 2% artıb, Supsa limanından 25%, Ceyhan limanından isə 14,5% azalıb.

 

Qeyd edək ki, sentyabr ayında dünya bazarında Brent markalı xam neftin 1 bareli 111,89 dollara, Urals nefti - 110,92 dollara, BTC FOB Ceyhan markalı xam neft isə 114,86 dollara satılıb.

 

Ümumilikdə, yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından ixrac 7,4% artaraq 1 327 517 ton, Supsa limanından 4,5% artaraq 2 079 973 ton, Ceyhan limanından isə 3,9% azalaraq 14 894 468 ton təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR