Bakı. Viktoriya Dementyeva – APA-Economics. Fevralın 19-da Bakıda Azərbaycan və Avropa Birliyi (AB) arasında energetika, nəqliyyat və ətraf mühit sahəsində alt komitənin iclası keçiriləcək.
AB-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, iclasda iştirak etmək üçün AB-nin, Avropa Xarici Siyasət Xidmətinin və Ətraf mühit departamentinin nümayəndələrindən ibarət heyət Bakıya gələcək.
Qeyd edək ki, bu iclaslar Azərbaycan və AB arasında imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişə uyğun olaraq hər il keçirilir.