Bakı. Viktoriya Dementyeva – APA-Economics. Azərbaycanda 2020-ci ilədək alternativ və bərpaolunan enerji mənbələrinin gücü 2 min MVt-a çatacaq ki, bu da ölkədə ümumi istehsal gücünün 20%-ni təşkil edəcək.
“APA-Economics”in xəbərinə görə, bunu Sənaye və Energetika Nazirliyinin investisiya şöbəsinin müdiri, INOGATE proqramının ölkə üzrə koordinatoru Ramiz Rzayev deyib.
Onun sözlərinə görə, bu göstəriciyə nail olmaq üçün 7 mlrd. manat həcmində kapital qoyuluşu tələb olunur: “Bu gün Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrinin inkişafında məqsəd zəruri normativ-hüquqi bazanın yaradılması və bu sahəyə investisiyaların cəlb olunmasıdır. Artıq bu istiqamətdə ilk addımlar atılıb, o cümlədən Qobustan Alternativ Enerji Poliqonu yaradılıb”.