Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2012-ci ilin dekabr ayında 116,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks noyabr ayı ilə müqayisədə 25,8 faiz bəndi artıb:

Göründüyü kimi, son iki aydakı ardıcıl azalmadan sonra indeks kəskin artaraq 2012-ci ilin maksimum həddinə çatıb. Bunun səbəbi dekabr ayında istehsalatda müşahidə olunan artımla bağlıdır.
IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks dekabr ayında istehsal edilmiş məhsulun dəyəri (2,898 mlrd. manat) noyabr ayında istehsal edilmiş məhsulun dəyərinə (2,487 mlrd. manat) bölünməklə hesablanıb.
Göründüyü kimi, indeks yüksəlməklə yanaşı 100%-dən artıq düşüb. Bu, dekabr ayında istehsalın aylıq müqayisədə artmasından xəbər verir. Bu artım həm mədənçıxarma, həm də emal sənayesi hesabına baş verib. Belə ki, mədənçıxarma sənayesində istehsalın həcmi dekabr ayında noyabrla müqayisədə 344 mln. manat və ya 19,5%, emal sənayesində istehsalın həcmi isə 27,5 mln. manat və ya 5,1% artıb. Qeyd edək ki, dekabr ayında istehsalatda kəskin artım ümumi iqtisadi vəziyyətə güclü təsir edib. Belə ki, yanvar-noyabr aylarında iqtisadi artım 1,2% təşkil edibsə, yanvar-dekabr ayarında bu göstərici artıq 2,2%-ə yüksəlib.