Bank Of Baku

Azərbaycanda neft hasilatının azalması davam edir

Azərbaycanda neft hasilatının azalması davam edir
# 30 iyul 2013 14:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanda neft hasilatı ötən ilin yanvar-iyun aylarına nisbətən azalıb, qaz hasilatı isə artıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xam neft hasilatı 21,8 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 8,9 mlrd. kubmetr təşkil edib. Ötən ilin ilk altı ayı ilə müqayisədə neft hasilatı 1,6% azalıb, qaz hasilatı isə 0,3% artıb.

 

Ümumiyyətlə, cari ilin ilk yarısında ölkənin mədənçıxarma bölməsində istehsalın həcmi 12,5 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 0,9% aşağı olub.

 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR