Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial production index – IPI) 2013-cü ilin iyun ayında 95,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, may indeks ilə müqayisədə 10,4 faiz bəndi azdır:

Göründüyü kimi, azalmaqla yanaşı, indeks 100%-dən aşağıdır ki, bu da aylıq müqayisədə istehsalatda azalmanın olduğunu göstərir. Belə ki, iyun ayında istehsal edilmiş məhsulun dəyəri 2,737 mlrd. manat, may ayında istehsal edilmiş məhsulun dəyəri isə 2,875 mlrd. manat təşkil edib.
Xatırladaq ki, IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbətidir.
Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində sənaye istehsalının həcmi 16,9 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 0,3% çoxdur.