Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2013-cü il iyul ayının 1-nə müsbət 18,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks mayın əvvəlində müsbət 1,3%-ə bərabər olub.
Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, indeks müsbətdir ki, bu da anbarlarda mal ehtiyatlarının artmasını göstərir. Belə ki, 2013-cü il iyulun 1-nə sənaye müəssisələrinin anbarlarında 337,9 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da iyunun 1-nə nisbətən 53,3 mln. manat azdır.
Qeyd edək ki, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatlarının artması makroiqtisadi baxımdan müsbət göstərici deyil, çünki ilk növbədə istehlakın azalmasından xəbər verir.