Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri dekabrda 0,2% bahalaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri dekabrda 0,2% bahalaşıb
# 16 yanvar 2013 11:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,2% bahalaşıb. «APA-Economics»in xəbər verdiyi kimi, Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 100,4% təşkil edib.

 

Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 0,4%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1% bahalaşıb.

 
Dekabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 10,1%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 3,9%, toxuculuq sənayesi üzrə 3,5%, mebel istehsalı üzrə 2,8%, geyim istehsalı üzrə 0,6%, metallurgiya sənayesi və əczaçılıq məhsullarının istehsalı üzrə 0,5%, qida məhsullarının və elektrik avadanlıqlarının istehsalı üzrə 0,2%, tikinti məmulatlarının istehsalı üzrə 0,1% bahalaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 5,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 2,6%, maşın və avadanlıqların istehsalı üzrə 2,4%, kimya sənayesi üzrə 2,0%, neft məhsullarının istehsalı üzrə 1,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 1,1%, tütün məmulatlarının istehsalı üzrə 0,2%, içki istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,1% ucuzlaşıb.

 
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR