Bank Of Baku

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,4 mln-u ötüb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,4 mln-u ötüb
# 28 dekabr 2012 12:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın və «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası ilə bağlı mühüm işlər görən Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi (İB) əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində bir sıra nailiyyətlər əldə edib.

 

«APA-Economics»in məlumatına görə, bu barədə «Azəriqaz»ın baş direktoru Əkbər Hacıyev bildirib.

 

Onun sözlərinə görə, İB tərəfindən 2012-ci ilin yanvar-noyabr ayları ərzində şəbəkəyə ümumilikdə 13 597 181,633 min kubmetr təbii qaz qəbul edilib. Bu dövrdə İB-nin qaz istismar sahələrinin öz gücü ilə uzunluğu 469 964 poqonmetr olan müxtəlif diametrli qaz xətləri çəkilib, 867 ədəd qaztənzimləyici şkaf və 1 100 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb. ROC-WEB proqramı vasitəsilə gündəlik olaraq «Azəriqaz» İB üzrə bütün ölçü qovşaqlarında qazın parametrlərinə (təzyiq, təzyiqlər fərqi, temperatur, sərfiyyat) baxış keçirilir və tədbirlər görülür.

 

Ə.Hacıyev onu da bildirib ki, «Azəriqaz» İB-nin əsas vəzifələrindən biri də istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsidir. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq cari ilin dekabrın 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 457 207-ə (1 439 264 əhali, 17 943 qeyri-əhali abonenti) çatıb. Bu abonentlərin 656 211-i Bakı şəhəri (646 635 əhali, 9 576 qeyri-əhali abonenti), 800 996-sı isə regionların payına düşür (792 629 əhali, 8 367 qeyri-əhali abonenti). Ümumilikdə 1 456 291 abonent (99,9%) sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 438 348-i əhali (99,9%), 17 943-ü isə qeyri-əhali (100%) istehlakçılarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR