Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 561 750-ə çatıb ki, bunların da 1 542 742-si əhali, 19 008-i isə qeyri-əhali abonentidir.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, həmin abonentlərin 679 440-ı Bakı şəhəri (669 648 əhali, 9 792 qeyri-əhali abonenti), 882 310-u isə regionların (873 094 əhali, 9 216 qeyri-əhali abonenti) payına düşür.
Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə abonentlərin sayı 77 981 ədəd artıb. Ümumilikdə 1 561 635 abonent (99,99%) sayğaclaşdırılıb ki, bunun da 1 542 627-i (99,99%) əhali, 19 008-i qeyri-əhali (100%) istehlakçılarıdır.
Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 669 547 əhali abonenti (99,98%), 9 792 qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 873 080 əhali abonenti (100%) və 9 216 qeyri-əhali abonenti (100%). Bakı şəhəri üzrə cəmi 679 339 abonent (99,99%), regionlar üzrə isə 882 296 abonent (100%) sayğaclaşdırılıb.
Bu ilin 1 avqust tarixinə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 773 758 “smart-kart” tipli sayğac quraşdırılıb. İlin əvvəli ilə müqayisədə abonentlərin mənzillərində quraşdırılan “smart-kart” tipli sayğacların sayı 157752 ədəd artıb.