Bank Of Baku

Azərbaycanın müdafiə sənayesi naziri Rumıniya səfirini qəbul edib

Azərbaycanın müdafiə sənayesi naziri Rumıniya səfirini qəbul edib
# 28 yanvar 2013 13:48 (UTC +04:00)

 

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə sənayesi naziri Yavər Camalov Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanunu qəbul edib. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

 

Görüşdə Azərbaycanla Rumıniya arasındakı ikitərəfli münasibətlərin yüksək qiymətləndirildiyi vurğulanıb. Y.Camalov səfirə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verib.

 

Görüş zamanı “Azərbaycan hökuməti ilə Rumıniya hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR