Bank Of Baku

Bakı Ali Neft Məktəbinin tələbələri ARDNŞ-da peşə təlimi keçəcəklər - FOTO

Bakı Ali Neft Məktəbinin tələbələri ARDNŞ-da peşə təlimi keçəcəklər - <span style="color: red;">FOTO
# 18 yanvar 2013 11:16 (UTC +04:00)

 

Bakı – APA-Economics. Bakı Ali  Neft  Məktəbində (BANM) “Neft-qaz “ və “Kimya” mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr tərəfindən nəzəri biliklərin möhkəmləndirilməsi üçün məqsədyönlü və məzmunlu istehsalat təcrübəsi proqramının həyata keçirilməsinə başlanıb.

 

Məktəbin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə BANM-in rektoru Elmar Qasımov və ARDNŞ-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov “Əməkdaşlıq” haqqında  müqavilə imzalayıblar.

 

Müqavilənin şərtlərinə əsasən, ilk mərhələdə I kurs tələbələri üçün peşə təlimi təcrübəsi təşkil olunacaq. Hər il 1-ci kurs tələbələri sözügedən idarənin Bakıdakı Kadrlar Hazırlığının Təşkili Mərkəzinin və Sumqayıtdakı Təlim, Tədris Mərkəzinin emalatxanalarında, laboratoriyalarında və sexlərində neft-qaz çıxarma, neft-qaz emalı sahələrinə aid müxtəlif peşələri öyrənməyə başlayacaqlar. Əsas diqqət qazma avadanlıqlarına xidmət, elektrik avadanlıqlarının təmiri və xidməti, müxtəlif tipli dəzgahlarda iş, qaynaq əməliyyatları, materialların texniki və fiziki sınaqları, maddələrin kimyəvi analizləri, nəzarət ölçmə cihazlarının və avtomatika vasitələrinin işi, texnoloji qurğuların kompressorlarına xidmət, texnoloji qurğuların təmiri çilingərinin işi və s. peşə təlimi məsələlərinə yönəldiləcək.

 

Peşə təlimi təcrübəsi tələbələr üçün istehsalatda əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatların verilməsindən başlayacaq. Təcrübə zamanı müxtəlif peşənin özəlliklərini lazımi səviyyədə mənimsəyən tələbələrə idarənin sertifikatı veriləcək və onlar yay təcrübəsi zamanı 1 ay müddətində müxtəlif peşələr üzrə əmək haqqı ödənilən işlə təmin olunacaqlar. Bu, onların peşə təhsilini və biliklərini daha da artırılmasına və təcrübənin mükəmməlləşdirilməsinə xidmət edəcək.

 

BANM-in rektoru Elmar Qasımov bildirib ki, ARDNŞ-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi müxtəlif sahələrdə fəaliyyət göstərən işçilərə peşələrin özəlliklərini öyrətmək məqsədilə təlimlər keçir. İdarə fəaliyyətinə görə Beynəlxalq Standartlaşdırma Təşkilatının İSO-9001, İSO-14001, İSO-17024, İSO-170025 və Ts-18001 sertifikatına layiq görülüb. Tələbələrin İdarənin struktur qurumlarında peşə təlimi keçməsi gələcək mühəndisləri müxtəlif peşələrin özəlliklərini mənimsəməyə və onların istehsalat təşkilatçıları kimi fəaliyyətinə zəmin yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR