Bank Of Baku

Bakı Neft Emalı Zavodunda istehsal olunan quru qazın nəqlində yaranmış problem aradan qaldırılıb

Bakı Neft Emalı Zavodunda istehsal olunan quru qazın nəqlində yaranmış problem aradan qaldırılıb
# 04 yanvar 2013 08:40 (UTC +04:00)

 

Bakı - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) H. Əliyev adına BNEZ-də istehsal olunan quru qazın göndərilməsində yaranmış problemin aradan qaldırıldığını elan edib.

 

APA-Economics”in xəbərinə görə, ARDNŞ-in məlumatında bildirilir ki, “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun xammal bazasının genişləndirilməsi məqsədilə 2011-ci ilin mart ayından etibarən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) katalitik krekinq qurğusunda istehsal olunan quru qaz məhsulunun magistral boru kəməri ilə Sumqayıt şəhərinə nəqlinə başlanılıb. Xüsusi iqtisadi əhəmiyyət kəsb edən bu layihə Etilen-Polietilen Zavodunun hər ay min ton xammalla dayanıqlı təminatında mühüm rol oynayır. Bununla yanaşı, qazın nəqlində indiyədək müəyyən texniki problemlər mövcud olub: «Lakin nəql edilən quru qazın qələvi məhlulu ilə kükürdlü birləşmələrdən təmizləndikdən sonra su ilə yuyulması zamanı qazın tərkibində əmələ gələn nəmlik qış mövsümündə qazın nəqlində çətinliklər yaradırdı. Belə ki, havanın temperaturu 0°C-yə yaxınlaşdıqda 60 km uzunluğunda magistral boru kəməri ilə nəql edilən qaz dona bilirdi. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mütəxəssisləri yaranmış problemin həlli yolunu qazın yuyulmadan sonra qurudularaq nəql olunmasında görüblər».

 

Məlumatda deyilir ki, bu məqsədlə ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən işlənmiş layihə əsasında zavodun 55 saylı katalitik krekinq qurğusunda tikinti-quraşdırma işlərinə başlanılıb. Eyni zamanda, qazın qurudulması məqsədilə KY tipli quruducu alınıb. Artıq 1 ədəd seperator və 2 ədəd quruducu aparat quraşdırılıb, quruducunun sistemə doldurulması üçün hazırlıq işlərinə başlanılıb. Qısa zamanda həyata keçirilən bu layihə Etilen-Polietilen Zavodunun xammalla fasiləsiz təminatının həyata keçirilməsinə imkan verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR