Bakı – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib.
ARDNF-dən «APA-Economics»ə verilən məlumata görə, iclas zamanı Çoxtərəfli Qrupun üzvləri tərəfindən Azərbaycanda MHŞT-nin tətbiqi üzrə illik hesabatla bağlı (2012-ci il üzrə), Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illik yubileyi münasibətilə MHŞT üzrə Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin, Sidneydə keçiriləcək VI Qlobal Konfrans çərçivəsində keçiriləcək Milli Sərgiyə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.