Bank Of Baku

Bakıda neft sənayesində ətraf mühit məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda neft sənayesində ətraf mühit məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 25 iyul 2013 08:25 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə noyabrın 4-5-də Bakıda «Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış» mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Tədbirin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, konfransda 200 nəfərdən çox nümayəndənin iştirakı gözlənilir və onlar arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də var.

 

Konfransın əsas məqsədi ekologiya sahəsində mövcud olan məsələlərin təhlili ilə yanaşı, həmin məsələlərin beynəlxalq əməkdaşlıq çərçivəsində həll olunmasına dair aktual təkliflərin işlənib hazırlanmasıdır. Bundan başqa, konfrans çərçivəsində neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, dənizdə neft-qaz hasilatı üzrə əməliyyatların su hövzələrinə təsiri, neft və neft məhsulları ilə çirklənmiş torpaqların bərpası və idarə olunması, neft sənayesi tullantılarının idarə olunmasına üzrə innovativ yanaşma, alternativ energetika və neft-qaz əməliyyatlarında enerjidən istifadənin səmərəsi və s. bu kimi mövzulara da toxunulacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR