Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakının Sabunçu, Nizami və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər yaranıb.
Azərbaycan Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar “Böyük-Şor” və “30-cu sahə” Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Sabunçu, Nizami və Nərimanov rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.