Bakı. Vahab Rzayev - APA-Economics. Təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək «İsmayıllı» Qazpaylayıcı Stansiyası, saat 17:00-dək «Zirə-3» Qazpaylayıcı Stansiyası, saat 17:00-dək «Əhmədli» Qazpaylayıcı Stansiyasından qidalanan «Əhmədli» orta təzyiqli qaz kəməri, saat 17:00-dək isə «Sərdarov adına BMZ» ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq. Bu barədə Dövlət Neft Şirkətinin «Azəriqaz» İB-nin məlumatında deyilir.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun Əhmədli qəsəbəsinə, Xəzər rayonunun Zirə qəsəbəsinə, İsmayıllı şəhərinə və Binəqədi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.