Bank Of Baku

Bərdənin Əmirli və Darğalar kəndlərinə təbi qaz verilib

Bərdənin Əmirli və Darğalar kəndlərinə təbi qaz verilib
# 26 dekabr 2012 08:35 (UTC +04:00)

 

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdənin Əmirli və Darğalar kəndlərinə təbii qaz verilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu münasibətlə Əmirli kəndində keçirilən tədbirdə bildirilib ki, bu yaşayış məntəqəsinin qazlaşdırılması üçün 16 912 metr qaz xətti çəkilib və 356 ədəd məişət qaz sayğacı quraşdırılıb.

 

Bildirilib ki, rayonun Kətəlparaq kəndində yeni tikilmiş Avtomatik Qazpaylayıcı stansiya 18 kəndi fasiləsiz olaraq təbii qazla təmin etməyə imkan yaradır. Hazırda rayonun daha 17 kəndinə qaz çəkilişi aparılır. Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 2013-cü ildə Bərdənin bütün yaşayış məntəqələrinin qazlaşdırılmasının başa çatdırılacağını deyib.

 

Qeyd edək ki, rayonun Darğalar kəndinə 20 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR