Bank Of Baku

Bolqarıstan Azərbaycanla qaz nəqlinə dair müqavilə imzalamağı planlaşdırır

Bolqarıstan Azərbaycanla qaz nəqlinə dair müqavilə imzalamağı planlaşdırır
# 28 yanvar 2013 13:25 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Bolqarıstanın “Bulgargaz” Dövlət Qaz Şirkəti “Şahdəniz II” layihəsi çərçivəsində qaz nəqli ilə bağlı Azərbaycanla danışıqlar aparır və ilin sonunadək müqavilə imzalamağı planlaşdırır.

 

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bunu şirkətin direktoru Dimitar Qoqov bildirib.

 

O, almaq istədikləri “Şahdəniz” qazının həcmini açıqlamasa da, qeyd edib ki, bu, qaz nəqlinin təhlükəsizliyini təmin etməyə və tələbatı ödəməyə yetərli olacaq: “Çalışacağıq ki, 2018-ci ildən sonrakı daxili tələbatımızı təmin edəcək həcm məsələsində razılığa gələk”.

 

D.Qoqov qeyd edib ki, ilkin razılaşmanın yaxın vaxtlarda, yekun razılaşmanın isə 2013-cü ildə - “Şahdəniz” haqqında yekun investisiya qərarının verilməsindən sonra imzalanması planlaşdırılır.

 

Qeyd edək ki, tamamilə Rusiya qazından asılı olan Bolqarıstanın illik qaz tələbatı 3 mlrd. kubmetrdir. Bu göstəricinin 2020-ci ilədək 4,4-6 mlrd. kubmetrə çatması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR