Bank Of Baku

BP: Neftin qiyməti 80 dollara enəcək

BP: Neftin qiyməti 80 dollara enəcək
# 18 yanvar 2013 11:11 (UTC +04:00)

 Ekspertlərin fikrincə, artıq 2020-ci ildə neftin 1 barelinin qiyməti 80 ABŞ dollarına enəcək. «APA-Economics»in məlumatına görə, bu barədə BP şirkətinin ənənəvi illik hesabatında bildirilir.

 

Şirkətin rəhbəri Robert Dadli qeyd edib ki, neft bazarı ilə bağlı ənənəvi təsəvvürlər dağılıb. Neftin ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar getdikcə daha da əsassız görünür. BP-nin proqnozlarına görə, artıq 2013-cü ildə ABŞ şist yataqlarındakı neft hasilatı sayəsində neft hasilatının həcminə görə, Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyada birinci yerə çıxacaq.

 

Proqnozlara görə, 2020-ci ildə ABŞ sutkada 6 mln. barel (ildə 300 mln. ton) şist nefti hasil edəcək, hasilatın artımı qiymətlərin enməsinə səbəb olacaq. Nəticədə, artıq 2015-ci ildə OPEC neftin qiymətinin 100 dollardan aşağı düşməməsi üçün hasilatı azaltmalı olacaq. Buna baxmayaraq, 2020-ci ilə neftin qiyməti 80 dollara düşəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR