Bank Of Baku

BTC kəməri ilə Azərbaycan neftinin nəqli 2012-ci ildə 9% azalıb

BTC kəməri ilə Azərbaycan neftinin nəqli 2012-ci ildə 9% azalıb
# 14 yanvar 2013 09:45 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Ötən ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 527,827 min Azərbaycan nefti nəql olunub.

 

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin yanvar-dekabr aylarında bu kəmərlə 29 671,172 min ton neft ötürülüb. BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi 2011-ci ilə nisbətən 8,6% azalıb.

 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il yanvar ayının 1-ə qədər BTC-yə 205 451,814 min ton neft vurulub. Bundan başqa, 2012-ci ilin dekabr ayında BTC kəməri ilə 228,188 min ton tranzit Türkmənistan nefti də nəql olunub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR