Bank Of Baku

Bu gün Azərbaycanın bir neçə rayonunda qaz problemi olacaq

Bu gün Azərbaycanın bir neçə rayonunda qaz problemi olacaq
# 18 oktyabr 2013 10:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar oktyabrın 18-də saat 22:00-dək Ağdam rayonunun bir hissəsinə, Füzuli, Beyləqan və Ağcabədi rayonlarına, saat 18:00-dək Sumqayıt şəhərinin bir hissəsinə və Sabirabad şəhərinin bir hissəsi daxil olmaqla rayonun Qalağayın kəndinə, saat 16:00-dək Bakının Xəzər rayonunun bir hissəsinə, saat 17:00-dək Sabunçu və Qazax rayonlarının bir hissəsinə, saat 18:00-dək Yasamal rayonunun II Alatava qəsəbəsinə və Samux rayonunun bir hissəsinə, 14:00-dək Suraxanı rayonunun bir hissəsinə, saat 15:00-dək Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə, saat 14:00-dan 17:00-dək Kürdəmir rayonuna, 14:00-dan 18:00-dək isə Göyçay şəhərinə təbii qaz verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR