Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu həcmin 1 647,563 min tonunu Dövlət Neft Fondunun mənfəət nefti təşkil edib.
Ümumilikdə, 2012-ci ildə Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 29 299,005 min ton olub. Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 2011-ci ilə nisbətən 8,7% azalıb.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-cü il yanvarın 1-ə qədər Ceyhan limanından 203 317,033 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.