Bank Of Baku

Comərd Otorbayev: «Azərbaycanın Qırğızıstanda yeni neft emalı zavodunun inşası məsələsi gündəmdən çıxarılmayıb»

Comərd Otorbayev: «Azərbaycanın Qırğızıstanda yeni neft emalı zavodunun inşası məsələsi gündəmdən çıxarılmayıb»
# 25 dekabr 2012 09:07 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev, Şamil Əlibəyli – APA-Economics. Azərbaycan tərəfinin Qırğızıstanda neft emalı zavodunun inşası məsələsi gündəmdən çıxarılmayıb. «APA-Economics»in Qırğızıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın baş nazirinin birinci müavini Comərt Otorbayev bildirib.

 

Onun sözlərinə görə, hazırda Çin tərəfi Qırğızıstanın Qara Balta şəhərində iri neft emalı zavodu inşa edir: «Sual yaranır – iki neft emalı zavodunu tikməyə dəyərmi? Yəqin ki, dəyər. Ümid edirəm ki, bu məsələ həll olunacaq və biz müvafiq nəticə əldə edəcəyik».

 

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatına əsasən, hazırda bu məsələyə dair Qırğızıstan tərəfi ilə danışıqlar aparılır.

 

Sentyabr ayının əvvəlində Qırğızıstan Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Sapar İsakov qeyd edib ki, neft emalı zavodunun inşasına dair Qırğızıstan, Qazaxıstan və Azərbaycan arasında üçtərəfli danışıqlar aparılacaq. Onun sözlərinə görə, xam neft mənbəyi kimi yeganə ölkə kimi Qazaxıstan da bu layihəyə qoşulur: «Bundan başqa, Azərbaycan və Qazaxıstanın ümumi əməliyyatları mövcuddur. Qırğızıstan tərəfi müəyyən həcmdə neftin emalına dair müqavilə imzalayandan sonra sözügedən zavodun inşası ilə bağlı məsələ həll olunacaq».

 

Qeyd edək ki, bu ilin avqust ayında ARDNŞ prezidenti Rövnəq Abdullayev Qırğızıstanın sabiq sənaye və energetika naziri Əsgərbəy Şadiyevi qəbul edib. Görüş zamanı müzakirə olunan məsələlərdən biri də məhz ARDNŞ-in Qırğızıstanda neft emalı zavodunun tikintisi məsələsi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR