Bakı. Əli Əhmədov – APA-Economics. Yanvarın 31-də Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə «Azəriqaz» İB-nin və Füzuli rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, 235 abonenti olan Aşağı Kürdmahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11 094 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 235 sayğac və fərdi tənzimləyici quraşdırılıb.