Bank Of Baku

Göyçay, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Göyçay, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 16 yanvar 2013 11:22 (UTC +04:00)

Bakı – APA-Economics. Təmir işləri ilə əlaqədar olaraq yanvarın 16-17-də Yevlax-1, Yevlax-2, 28 May Aran, Ağdam Magistral Qaz Kəmərləri Sahəsinin bütün Qazpaylayıcı stansiyaları və Qaraməryəm ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

 

«APA-Economics»in ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinə istinadən məlumatına görə, təmir işləri müddətində Goranboy, Naftalan, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam, Yevlax rayonları, eləcə də Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR