Bakı. Aynur Əliyeva – APA-Economics. Gürcüstanın qaz nəql edən şirkəti Ermənistana “mavi yanacağ”ın verilişini dayandırıb.
“APA-Economics”in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, avqustun 8-i saat 9.00-dan etibarən müvəqqəti olaraq qazın verilişi kəsilib.
“ArmRosqazprom” QSC-dən bildirilib ki, Gürcüstanın qaz nəql edən şirkəti avqustun 8 və 9-u tarixlərində “Qırmızı Körpü” qaz ölçmə stansiyasında təmir işləri həyata keçirməyi planlaşdırır. Bununla əlaqədar Ermənistana qazın verilişi dayandırılacaq.