Bank Of Baku

Gürcüstanda “SOCAR” brendli daha iki yanacaqdoldurma məntəqəsi açılıb

Gürcüstanda “SOCAR” brendli daha iki yanacaqdoldurma məntəqəsi açılıb
# 20 dekabr 2012 14:01 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov - APA-Economics. Gürcüstanda “SOCAR” brendi ilə fəaliyyət göstərən daha iki yanacaqdoldurma məntəqəsi (YDM) işə düşüb.

 

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, yeni, müasir standartlara cavab verən YDM-lərdən biri Senaki rayonunun Teklatı qəsəbəsində yerləşir.

 

Tbilisi-Rustavi yolunda gömrük terminalı zonasının qarşısında açılmış digər “SOCAR” brendlı yanacaqdoldurma məntəqəsi isə Gürcüstanda ilk kombinə olunmuş çoxfunksiyalı YDM-dir. Kompleksdə dünyanın aparıcı brendlərindən sayılan “Galileo”nun kompressor və qazpaylayıcı kolonkası quraşdırılıb ki, bu da avtomobilləri yüksək texnologiyalı, ekoloji təmiz təbii qazla təchiz etməyə imkan verəcək. Kompressor yanğın əleyhinə ən yeni mühafizə texnologiyaları ilə təchiz olunmuş mikroboksda yerləşdirilib. Müştərilər “SOCAR” yanacaqdoldurma kompleksində “Qudvill” marketinin, qəlyanaltı obyektinin, valyutadəyişmə məntəqəsinin xidmətlərindən istifadə edə biləcəklər. Burada avtomobil sahiblərinə müxtəlif əlavə xidmətlər göstərən xüsusi servis-bloklar da yaradılıb.

 

“SOCAR” brendli yeni yanacaqdoldurma komplekslərinin açılış mərasimlərində ARDNŞ-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, “SOCAR Energy Georgia” MMC-nin rəhbər işçiləri, yerli icra hakimiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Bildirilib ki, artıq Gürcüstanda “SOCAR” brendi altında 98 YDM fəaliyyət göstərir, 2012-ci ilin sonuna kimi bu YDM-lərin sayı 100-ə çatdırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR