Bakı. Anaxanım Hidayətova – APA. Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze Azərbaycanda səfərdədir. Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. O səfər çərçivəsində “Azərenerji” rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərdə qış mövsümündə Gürcüstana elektrik enerjisi idxalı ilə bağlı müzakirələr aparılacaq. Gürcüstan nümayəndə heyətinin tərkibinə “Gürcüstan Dövlət Elektrik Sistemləri” və “Enelektroenergetika sisteminin kommersiya operatoru” qurumlarının nümayəndələri daxildir. Kaxa Kaladzenin səfəri baş nazir İvanişvilinin Azərbaycana gerçəkləşdirilən son səfəri zamanı razılaşdırılıb.