Bank Of Baku

Hindistan hökuməti OVL şirkətinin Azərbaycanın neft sektoruna sərmayəsi ilə bağlı müqaviləni müzakirəyə çıxarıb

Hindistan hökuməti OVL şirkətinin Azərbaycanın neft sektoruna sərmayəsi ilə bağlı müqaviləni müzakirəyə çıxarıb
# 30 yanvar 2013 13:11 (UTC +04:00)

 

Xatırladaq ki, ötən ilin sentyabr ayında OVL şirkəti ABŞ-ın «Hess» şirkətinin Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun istismarı layihəsində 2,7213%-lik payını və «BTC Co.»dakı (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri) 2,36%-lik payını 1 mlrd. ABŞ dollarına alıb.

 

APA-nın Hindistan mətbuatına istinadən verdiyi məlumata görə, bu müqavilənin təsdiqi ilə bağlı məsələ Nazirlər Kabineti İqtisadi məsələlər üzrə Komitənin sabah keçiriləcək iclasının gündəliyinə salınıb.

 

Ümumilikdə, prosesin 2013-cü ilin I rübündə yekunlaşması gözlənilir. Şirkətin bu yataqlarda paya sahib olması nəticəsində onun gündəlik gəliri 19 min barel və ya ildə təxminən 1 mln. ton olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR