Bank Of Baku

İran bir sıra müəssisəsini hərraca çıxarıb

İran bir sıra müəssisəsini hərraca çıxarıb
# 29 yanvar 2013 11:10 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. İran İslam Respublikasının Özəlləşdirmə İşləri üzrə Təşkilatı İran Sənaye Sektorunun Genişləndirilməsi və İnkişafı üzrə İnvestisiya Şirkətinə məxsus səhmləri fond bazarında açıq satış və ya hərrac yolu ilə satışa çıxarmaq niyyətindədir. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının məlumatında deyilir.

 

Bundan əlavə bildirilir ki, İranın özəlləşdirmə təşkilatı həmçinin İsfahan şəhərində yerləşən Dəmirəritmə Zavodu, Fars Körfəzi Beynəlxalq Nəqliyyat və Yükdaşımalar Şirkətinin və Çabahar Elektrik Stansiyasının səhmlərini satışa çıxarır. Adı çəkilən şirkətlər barədə www.en.ipo.ir saytından ətraflı məlumat əldə etmək mümkündür.

 

Əlavə məlumat üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına müraciət etmək lazımdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR