Bank Of Baku

İran hər gün Türkiyəyə 31,5 mln. kubmetr təbii qaz ixrac edir

İran hər gün Türkiyəyə 31,5 mln. kubmetr təbii qaz ixrac edir
# 14 yanvar 2013 07:29 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İran Türkiyəyə gündəlik 31,5 mln. kubmetr təbii qaz ixrac edir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Milli Qaz Şirkətinin sözçüsü Məcid Bucazadə açıqlama verib.

 

Onun sözlərinə görə, İran gündəlik 35 mln. kubmetr təbii qaz ixrac və ya suap (mübadilə) edir: “İran qış mövsümü başladığı gündən indiyədək Ermənistan və Türkiyəyə “mavi yanacaq” ixrac edir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasına təbii qaz mübadiləsi həyata keçirilir. İndiyədək bununla bağlı heç bir problem də yaranmayıb”.

 

M.Bucazadə əlavə edib ki, Türkiyəyə gündəlik “mavi yanacaq” ixracının artırılması da gündəmdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR