Bank Of Baku

İranın neft naziri: “Təbii qazın qiymətində Türkiyə ilə müzakirələr aparmağa hazırıq”

İranın neft naziri: “Təbii qazın qiymətində Türkiyə ilə müzakirələr aparmağa hazırıq”
# 18 oktyabr 2013 12:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran təbii qazın qiyməti məsələsində yaranmış mübahisəyə son qoyulması və razılaşmanın əldə olunması üçün Türkiyə ilə müzakirələr aparmağa hazırdır.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə bildirib.

 

Onun sözlərinə görə, ölkələr arasında “mavi yanacağ”ın idxal-ixracı ilə bağlı imzalanmış müqavilələrdə belə bir anlaşılmazlığın meydana gəlməsi adi haldır: “Bu səbəbdən bütün beynəlxalq müqavilələrdə “qiymətin yenidən nəzərdən keçirilməsi” maddəsi öz əksini tapır”.

 

Ancaq B.Zəngənə Türkiyəyə satılan təbii qazın qiymətinin bahalı olub-olmadığı sualını cavablandırmaqdan imtina edib.

 

Qeyd edək ki, İranın ənənəvi “mavi yanacaq” alıcısı olan Türkiyəyə orta hesabla gündəlik 25 milyon kubmetr təbii qaz ixrac edilir. Sanksiyalara baxmayaraq, İrandan Türkiyəyə təbii qaz ixracının hələ də davam etdiyi bir ərəfədə rəsmi Ankara Tehrandan aldığı “mavi yanacağ”ın qiymətini yüksək hesab edərək beynəlxalq məhkəməyə müraciət edib. Hazırda işə baxılmaq üçün prosedur başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR