Bank Of Baku

İsveçrə TAP layihəsini dəstəkləyir

İsveçrə TAP layihəsini dəstəkləyir
# 18 yanvar 2013 07:35 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan İsveçrənin energetika nazirinin müavini Valter Ştaynmanı qəbul edib.

 

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Abdullayev Azərbaycan ilə İsveçrə arasında sıx əlaqələr qurulduğunu qeyd edərək ARDNŞ-in bu ölkədə həyata keçirdiyi layihələrə verilən dəstəyə görə İsveçrə hökumətinə təşəkkürünü bildirib. V.Ştaynman Azərbaycan-İsveçrə əməkdaşlıq əlaqələrində enerji məsələlərinin əhəmiyyətli yer tutduğunu söyləyib. O, Azərbaycan qazının Avropaya nəql olunmasının böyük maraq kəsb etdiyini, İsveçrə hökuməti tərəfindən Avropanın enerji təhlükəsizliyi məsələsinə böyük önəm verildiyini, Xəzər bölgəsindən Qərbə qaz nəqli üzrə mövcud olan layihələr arasında Transadriatik boru kəməri (TAP) layihəsinin dəstəkləndiyini qeyd edib. Görüşdə TAP layihəsinin həyata keçirilməsi istiqamətində İsveçrə tərəfindən aparılan işlər barədə ARDNŞ prezidentinə məlumat verilib. Azərbaycanın qaz ixracı marşrutlarının diversifikasiyasında və Avropanın enerji təhlükəsizliyində maraqlı olduğunu vurğulayan R.Abdullayev ARDNŞ-də Avropaya qaz ixracı məqsədi daşıyan layihələrə eyni səviyyədə diqqət göstərildiyini söyləyib.

 

ARDNŞ-in İsveçrədə həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayan İsveçrənin energetika nazirinin müavini Azərbaycan ilə neft-kimya və bərpa olunan enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu nəzərə çatdırıb. ARDNŞ-in İsveçrədəki fəaliyyəti üzərində ətraflı dayanan R.Abdullayev şirkətin bu ölkənin pərakəndə yanacaq satışı bazarına inamla daxil olduğunu vurğulayıb, qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib. O, həmçinin Bakı ətrafında yeni Neft-Qaz Emalı və Neft Kimyası kompleksinin inşası layihəsinin Azərbaycanın ixrac potensialının yüksəlməsində böyük önəm daşıdığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR