APA-nın məlumatına görə, yanvarın 16-17-də baş tutacaq səfər çərçivəsində V. Ştayman Azərbaycanda bir sıra rəsmi görüşlər keçiriləcək, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Görüşlərdə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP (Trans Adriatic Pipeline) qaz kəməri layihəsi ilə bağlı da fikir mübadiləsi aparılacaq.
O, Azərbaycandan öncə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Qeyd edək ki, uzunluğu 520 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.
Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. Hazırda yataqda hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.