Bank Of Baku

İtaliyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

İtaliyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 16 yanvar 2013 07:31 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün İtaliyanın Azərbaycandakı səfiri Mario Ciorcio Stefano Baldi Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

Məktəbin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qonaqları salamlayan rektor Elmar Qasımov bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir: “Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi də məhz bunun əyani sübutudur”.

 

BANM-a ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən məktəb üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

 

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddətdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan İtaliyanın elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.

 

İtaliyanın Azərbaycandakı səfiri Mario Ciorcio Stefano Baldi BANM-a gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, Azərbaycanda ingilis dilində tədris həyata keçirən müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb. Səfir BANM ilə İtaliyanın tanınmış Piza Universiteti, Alfa Prosess Kontrol şirkəti və dünyada tanınmış ENİ şirkətinin Korporativ Universiteti arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

 

Görüşün sonunda səfir Mario Ciorcio Stefano Baldiyə BANM-in “Fəxri qonaq” diplomu verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR