Bank Of Baku

Kulevi terminalı yeni radar tipli səviyyə ölçənlər alıb

Kulevi terminalı yeni radar tipli səviyyə ölçənlər alıb
# 22 iyul 2013 11:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva. APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi terminalı (Qara dəniz, Gürcüstan) bu yaxınlarda «Radar 5400» tipli  yeni səviyyəölçənlər alıb. ARDNŞ-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, səviyyəölçənlər «Emerson Process Management/Rosemount Inc.» ABŞ-Almaniya birgə şirkətindən alınıb.

 

Qeyd edək ki, bu qurğular ölçmənin səviyyəsini son dərəcə dəqiq həyata keçirilməsini təmin edir. Qurğular rezervuarın yuxarı hissəsində sızma riskini minimuma endirir və rezervuarda mayenin yerləşməsinə imkan verir. Bundan başqa, səviyyəölçənlərin hərəkət edən hissələri yoxdur, eləcə də maye ilə kontaktda olmur və təkrar kalibrləşmə tələb etmirlər. Qurğular texniki xidməti minimallaşdırmaq üçün modulyar dizayna malikdirlər.

 

«Radar 5400» tipli  səviyyəölçənlər təhlükəsizliyi artırır, xərcləri azaldır və səthilik, buxar, burulqanlıq, təzyiq və temperatur kimi dəyişən şərtlərə qarşı immunitetə malikdir. Qurğular həmçinin partlayış təhlükəsi olan ərazilərdə istifadə üçün qlobal səviyyədə sertifikatlaşdırılıb.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR