Bank Of Baku

Londonda Qara dəniz və Xəzər Enerji Konfransı keçiriləcək

Londonda Qara dəniz və Xəzər Enerji Konfransı keçiriləcək
# 21 yanvar 2013 09:12 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova-APA. Londonda Qara dəniz və Xəzər Enerji Konfransı keçiriləcək. APA-nın konfransın rəsmi saytına istinadən verdiyi məlumata görə, 14 fevral tarixində keçiriləcək tədbir Qara dəniz və Xəzər (BSC) regionun neft və qaz sahəsində investisiya imkanlarına həsr olunacaq. Tədbirdə Qara dəniz və Xəzər regionunun Avropa enerji təhlükəsizliyində rolu, investisiya imkanları, regionda qeyri-ənənəvi enerji mənbələrinə investisiya yatırımları, xarici sərmayələrin cəlb edilməsi əsas müzakirə mövzuları olacaq. Azərbaycan tərəfdən konfransda ARDNŞ-ın Böyük Britaniyadakı nümayəndəliyinin rəhbəri Rüfət Mehdiyevin çıxış edəcəyi  gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR